EN

İran XİN: Rusiya və İran prezidentləri Moskvada İranın nüvə məsələsini müzakirə edə bilərlər

“Mən hesab edirəm ki, iki prezidentin İranın nüvə problemi ilə bağlı son hadisələri müzakirə etmək üçün bu fürsətdən istifadə etməsi tamamilə təbiidir”. Bunu İran XİN-nin sözçüsü İsmayıl Bəqayi bildirib.

"Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü və "nüvə sazişi"nin tərəflərindən biri kimi bu diplomatik nailiyyətin formalaşmasında mühüm rol oynayıb.  Gələcəkdə Rusiyanın bu sahədə konstruktiv və mühüm rolu əsas olacaq", Bəqayi əlavə edib.

Ülviyyə, Hurriyyet.az

Chosen
10
hurriyyet.az

1Sources