EN

Atası Çimnazla bağlı hər şeyi danışdı - VİDEO

Aktrisa Çimnaz Sultanovanın atası Mütəllim Heybətov qızının ölümündən danışıb.

Metbuat.az xəbər verir ki, o, “Xəzər axşamı” verilişinə açıqlama verib. M. Heybətovun sözlərinə görə, qızının səhhətindəki problemlər anasının vəfatından sonra kəskinləşib:
“Anası rəhmətə getdi, o isə ağlaya bilmirdi, böyük stres keçirdi. Sentyabrın 25-də anası dünyasını dəyişəndən sonra Çimnazın ağrıları başladı. Anasının 40 mərasiminə bir həftə qalmış vəziyyəti daha da pisləşdi, özü mənə zəng edərək “Ata, gəl, ölürəm, apar məni həkimə” dedi. Mədə-bağırsaq keçməməzliyi diaqnozu qoyuldu. Müəyyən müalicələrdən sonra evə qayıtdı. Lakin yenidən ağrıları artanda cərrahi əməliyyata ehtiyac yarandı. Cərrahlar bildirdilər ki, əməliyyatı ay yarım sonra etmək lazımdır, amma 21-ci gün onu yenidən əməliyyata aldılar. Əməliyyatdan sonra səhhəti getdikcə ağırlaşdı, ayaqları tutuldu. Halbuki xəstəxanaya öz ayaqları ilə gəlmişdi”.

Chosen
2694
1
yenilik.az

2Sources