Amerikalı müğənni Teylor Sviftin daşınmaz əmlak investisiyalarının ümumi dəyəri 80 milyon dolları keçib.
“Cebheinfo.az” xəbər verir ki, keçən il Eras Turu sayəsində milyarder olan 34 yaşlı Svift ABŞ-də çoxlu mülklər alıb.
O, Nyu-Yorkun Tribeka məhəlləsində 19,9 milyon dollara ev və 17,9 milyon dollara villa, Rod-Aylenddə 17,7 milyon dollarlıq malikanə, Tennessidə isə 1,9 milyon dollarlıq dupleks mənzil və 2,5 milyon dollarlıq bir lüks malikanə, həmçinin Kaliforniyada 25 milyon dollarlıq villa alıb.