Xətai rayonunda xuliqanlıq etməkdə təqsirləndirilən idmançılar Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayətə baxılıb.
Publika.az Report.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayətlər üzrə qərar açıqlanıb.
Qərara əsasən, idmançıların şikayəti təmin edilməyib.
Qeyd edək ki, bu il yanvarın 4-də saat 3 radələrində Bakının Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.