EN

“Mançester Siti” Holanla müqaviləni 10 il uzatdı – Fotolar


İngiltərənin “Mançester Siti” klubu norveçli hücumçu Erlinq Holanla müqaviləni 2034-cü ilə qədər uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti “X” sosial media səhifəsində bildirib.
“Erlinq Holanın “Mançester Siti” ilə müqaviləsini 2034-cü ilə qədər uzatdığını elan etməkdən məmnunuq”, - deyə mətbuat xidməti qeyd edib.
Futbolçunun maaşı klubda ən böyük maaş olacaq. Belə ki, bunun idman tarixinin ən bahalı müqavilələrindən biri olduğu bildirilir.
Qeyd edək ki, 24 yaşlı Holan bu mövsüm klubda bütün turnirlərdə 28 oyun keçirib, 21 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.
Xatırladaq ki, norveçli forvardın hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalı idi.


Chosen
7
yeniavaz.com

1Sources