EN

Viktor Orban: “Brüssel Sorosun cibindədir”

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Avropa Komissiyası “Sorosun cibindədir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Orban "Kossuth Radio"-ya müsahibəsində Avropa Komissiyasının Soros şəbəkəsinin yaradılmasını Aİ ölkələrinin hesabına maliyyələşdirdiyini bildirib.

O qeyd edib ki, Avropada qlobalist təsirə qarşı mübarizə son dərəcə vacibdir.

"2025-ci il Soros şəbəkəsinin Avropadakı təsirinin aradan qaldırılmasında həlledici olacaq. Ümid edirəm ki, digər vətənpərvər Avropa liderləri də qitədə suverenliyi bərpa etmək üçün Macarıstana qoşulacaqlar", - o deyib.

Macarıstanın enerji təhlükəsizliyi məsələsinə toxunan baş nazir enerji qiymətlərinin yüksəlməsini ölkə iqtisadiyyatı üçün böyük risk kimi qiymətləndirib. O, Macarıstanın “Türk axını” qaz kəmərini qorumaq öhdəliyini təsdiqləyib və onu “Macarıstan iqtisadiyyatının can damarı” adlandırıb.

Chosen
11
operativmm.az

1Sources