EN

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Yasamal rayonunda Mərkəzi Parkın tikintisi davam etdirilir.

Valyuta.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tikintinin davamı və ərazidə abadlaşdırma işlərinin aparılması ilə bağlı tenderə yekun vurub. 

Tenderin qalibi "Vest-LTD" Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 37 230 105,82 manatdır. 

Hüseyn

Chosen
13
valyuta.az

1Sources