Qeyd edək ki, Neymarın karyerasını ABŞ-də davam etdirə biləcəyi irəli sürülüb."Çikaqo Fayer" klubunun futbolçunu transfer etmək istədiyi deyilir. Məlumata görə, klubun nümayəndələri braziliyalı forvardın menecerləri ilə danışıqlar aparır. İddialara görə, "Çikaqo Fayer" Neymara "İnter Mayami"nin Messi ilə imzaladığı müqaviləyə bənzər saziş təklif edib. Bildirilir ki, müqavilədə Neymarın illik 70 milyon avro qazanması nəzərdə tutulub.