EN

Rusiyadan İrəvana uçan təyyarə təcili eniş etdi

Ermənistanın paytaxtı İrəvana uçan təyyarə kondisioner sistemindəki nasazlıq səbəbindən Rusiyanın Mineralnıye Vodı hava limanına məcburi eniş edib.

Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarədə 86 sərnişin və 4 ekipaj üzvü olub.

Həmin təyyarənin "Red Wings" aviaşirkətinə məxsus olduğu bildirilib.

Chosen
6
3
demokrat.az

10Sources