EN

Trampın andiçmə mərasiminin yeri dəyişdirildi

ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasiminin gözlənilən soyuq hava ilə əlaqədar qapalı məkana keçiriləcəyi gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

“Trampın andiçmə mərasiminin bazar ertəsi paytaxtda gözlənilən aşağı temperatura görə qapalı yerdə keçiriləcəyi gözlənilir”, - məlumatda deyilir.

Kanalın məlumatına görə, mərasim Kapitolda baş tutacaq. İnauqurasiya paradının və digər tədbirlərin keçiriləcəyi yer hələ də müəyyənləşdirilir.

Yanvarın 20-də Vaşinqtonda temperaturun -2 ilə -6°C arasında dəyişəcəyi proqnozlaşdırılır.


Müəllif: Arzu
Chosen
5
19
teleqraf.com

10Sources