ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Vaşinqtondakı soyuq hava şəraiti səbəbindən andiçmə mərasiminin keçirilmə yerini dəyişib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı Truth sosial şəbəkəsində Tramp özü verib.
O, tədbirin andiçmə nitqi və mərasimi hissəsinin açıq məkandan Kapitol Rotundasına keçiriləcəyini bildirib: “Bu təhlükəli şəraitdə kiminsə xətər görməsini istəmirəm. Bu, xüsusilə bizim böyük televiziya tamaşaçılarımız üçün gözəl və təhlükəsiz bir hadisə olacaq!”.
Açılış mərasiminin bir hissəsi, o cümlədən parad, Capital One Arenadan canlı yayımlanacaq. Tramp andiçmədən sonra arenadakı insanlara qoşulacağına söz verib. Yanvarın 19-da keçiriləcək mitinq və 20 yanvarda baş tutacaq üç bal mərasimi isə planlaşdırıldığı kimi davam edəcək.
Xatırladaq ki, proqnozlara əsasən, yanvarın 20-də Vaşinqtonda temperaturun -12 dərəcəyə qədər enəcəyi gözlənilir.