EN

İsrail Nazirlər Kabineti atəşkəsi təsdiqlədi -YENİLƏNİB

İsrail Nazirlər Kabineti HƏMAS hərəkatı ilə imzalanan atəşkəs razılaşmasını təsdiqləyib.

 

Bu barədə “Kanal 12” məlumat yayıb.

 

Bildirilib ki, İsrailin Hərbi Kabineti atəşkəs razılaşması və girovların mübadiləsi üzrə sazişi təsdiqləyib.

 

Qeyd edək ki, iki gün öncə HƏMAS və İsrail arasında atəşkəs razılaşması əldə olunub. Sözügedən razılaşmanı bundan öncə İsrail Təhlükəsizlik Kabineti təsdiqləmişdi.

 

**09:42(17.01.2025)


Baş nazir Benyamin Netanyahunun ofisi İsrail, Fələstinin “HƏMAS” hərəkatı, ABŞ və Qətər arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib.

 

Bu barədə “The Jerusalem Post” məlumat yayıb.

 

Qeyd olunub ki, sazişin təsdiqi üçün təhlükəsizlik nazirləri kabineti, daha sonra isə hökumətin iclası keçiriləcək. Səsvermə yanvarın 18-də keçiriləcək.

 

Əldə edilən saziş üç mərhələdə həyata keçiriləcək. Razılaşmanın birinci mərhələsi 42 gün davam edəcək, sazişin icrasına isə onun imzalanmasından iki-üç gün sonra başlanacaq.

 

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalını və cənubunu birləşdirən Netsarim dəhlizindən və sərhəddən təxminən 700 metr məsafədə yerləşən anklavın bütün məskunlaşdığı ərazilərdən qoşunlarını çıxaracaq. Yalnız məsafənin 400 metr olacağı beş konkret sahə istisna olmaqla.

 

İsrail ordusu da Filadelfiya dəhlizindəki mövcudluğunu azaldacaq və sonra ilk 50 gün ərzində onu tamamilə tərk edəcək. Təl-Əviv razılaşmanın qüvvəyə minməsindən bir həftə sonra Rəfah sərhəd keçid məntəqəsini açmağa razılaşıb və sazişə ilk mərhələdə vasitəçilərin nəzarəti altında humanitar yardımla bağlı protokol daxil olacaq.

 

İsrailin dərhal keçiddən humanitar yardım daşımağa başlaması üçün hazırlıqlara başlaması gözlənilir.(“Report”)

Chosen
17
23
senzor.az

10Sources