EN

Ermənistanın keçmiş müdafiə naziri yeni siyasi təşkilat yaratdı

Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan yeni siyasi qüvvənin yaradıldığını açıqlayıb.

Modern.az xəbər verir ki, Arşak Karapetyanın bildirdiyinə görə, üÜmumaməni Cəbhəsi hərəkatı yeni bir qüvvənin – Birləşmiş Ümumaməni Komitəsinin yaradılmasına başladığını elan edir.

“Xalqımızı milli təhlükəsizliyin təmin edilməsi və erməni dövlətçiliyinin qorunub saxlanılması ideyası ətrafında birləşdirməyin vaxtı çatıb”, - Karapetyan deyib.

“Biz ona görə gedirik ki, Ermənistan əvvəlki hakimiyyətini bərpa etməlidir, biz ona görə gedirik ki, Ermənistan müttəfiq və dost ölkələrlə hərbi-siyasi əlaqələrini gücləndirməlidir. Yeni qüvvə “Millət-Ordu-Kilsə” üçlüyünə əsaslanacaq”, - Karapetyan əlavə edib

Chosen
12
1
modern.az

2Sources