Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan yeni siyasi qüvvənin yaradıldığını açıqlayıb.
“Cebheinfo.az” Modern.az-a istinadən xəbər verir ki, Arşak Karapetyanın bildirdiyinə görə, üÜmumaməni Cəbhəsi hərəkatı yeni bir qüvvənin – Birləşmiş Ümumaməni Komitəsinin yaradılmasına başladığını elan edir.
“Xalqımızı milli təhlükəsizliyin təmin edilməsi və erməni dövlətçiliyinin qorunub saxlanılması ideyası ətrafında birləşdirməyin vaxtı çatıb”, - Karapetyan deyib.
“Biz ona görə gedirik ki, Ermənistan əvvəlki hakimiyyətini bərpa etməlidir, biz ona görə gedirik ki, Ermənistan müttəfiq və dost ölkələrlə hərbi-siyasi əlaqələrini gücləndirməlidir. Yeni qüvvə “Millət-Ordu-Kilsə” üçlüyünə əsaslanacaq”, - Karapetyan əlavə edib
“Cebheinfo.az”