EN

Ermənistanın eks-müdafiə naziri yeni siyasi hərəkat yaratdı

Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan yeni siyasi qüvvənin yaradıldığını açıqlayıb.

“Cebheinfo.az” Modern.az-a istinadən xəbər verir ki, Arşak Karapetyanın bildirdiyinə görə, üÜmumaməni Cəbhəsi hərəkatı yeni bir qüvvənin – Birləşmiş Ümumaməni Komitəsinin yaradılmasına başladığını elan edir.

“Xalqımızı milli təhlükəsizliyin təmin edilməsi və erməni dövlətçiliyinin qorunub saxlanılması ideyası ətrafında birləşdirməyin vaxtı çatıb”, - Karapetyan deyib.

“Biz ona görə gedirik ki, Ermənistan əvvəlki hakimiyyətini bərpa etməlidir, biz ona görə gedirik ki, Ermənistan müttəfiq və dost ölkələrlə hərbi-siyasi əlaqələrini gücləndirməlidir. Yeni qüvvə “Millət-Ordu-Kilsə” üçlüyünə əsaslanacaq”, - Karapetyan əlavə edib

“Cebheinfo.az”

Chosen
8
1
cebheinfo.az

2Sources