EN

“Rusiyalılar bir tikə çörək və istilik üçün döyüşməli olacaqlar” - Strelkov

Donbass separatçılarının keçmiş liderlərindən biri, ekstremizmə çağırışlara görə Rusiyada 4 il həbs cəzası çəkən İqor Qirkin (Strelkov) Rusiyanın yaxın gələcəyilə bağlı bədbin proqnozlar verib.

“AzPolitika” xəbər verir ki, Strelkovun “teleqram” kanalında dərc edilən məktubunda yaxın gələcəkdə rusları müharibə və aclıq gözlədiyi qeyd olunur: “Bu il, yəqin ki, o qədər çox şey dəyişəcək ki, bütün hazırkı “reallıqlar” vəhşilik və “ilğım” kimi görünəcək... Bizi son dörddə bir əsrlik müddətdə əcdadlarımızın mirasının ağılsızcasına talan edilməsindən sonra çox qəddar “ayılma” gözləyir. Tezliklə insanlar kütləvi şəkildə döyüşməli və çalışmalı olacaqlar, özü də "ideyalar" üçün deyil, sadəcə olaraq uzun qışda bir tikə çörək, bir az istilik və elektrik enerjisi üçün".

“AzPolitika.info”

1Sources