“Fitch Ratings” bu il Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini endirməyəcəyini proqnozlaşdırıb.
Bu barədə agentliyin Azərbaycan üzrə reytinq qiymətləndirməsində bildirilib.
Agentlik qeyd edib ki, illik inflyasiya dekabrda 4.9%-ə yüksəlib, lakin bu AMB-nin hədəf diapazonu daxilində qalır (4%±2pps). Orta inflyasiya 2024-cü ildə təxmin edilən 2,1%-dən 5,3%-ə yüksələcək ki, bu da “BBB” medianı üçün proqnozlaşdırılan 3%-dən yüksəkdir.
“May ayında Mərkəzi Bank uçot dərəcəsində yumşaltma dövrünü dayandırdı və biz xarici qeyri-müəyyənlik, idarə olunan qiymətlərdə artımlar və ev təsərrüfatları və hökumət istehlakından daxili tələb təzyiqləri riskini nəzərə alaraq əlavə dərəcə endirimlərini gözləmirik”- Hesabatda vurğulanıb.