EN

Hökumə Əliyevanın atasının dələduzluq halı ilə üzləşməsi haqqında Kapital Bankdan açıqlama

Bakı. Trend:

"Kapital Bank" Milli Qəhrəman Hökumə Əliyevanın atası CəlilƏliyevin dələduzluq halı ilə üzləşməsi haqqında açıqlama yayıb.

Bu barədə Trend-ə "Kapital Bank"dan məlumat verilib.

Bildirilib ki, məlumat verildiyi kimi Milli Qəhrəman HökuməƏliyevanın ailəsi dələduzluq halı ilə üzləşib. Hökumə Əliyevanınvəfatına görə ailəsinə ödənilən sığorta və kompensasiya məbləğindənqalan 80 507 AZN vəsait oğurlanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin KibercinayətkarlıqlaMübarizə Baş İdarəsi və Kapital Bank tərəfindən dərhal araşdırmabaşlanılıb və lazımi tədbirlər görülüb. Vəsaitin köçürüldüyü hesabdərhal bloklanıb və oğurlanan məbləğin istifadəsinə icazəverilməyib. Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkünolub və vəsait geri qaytarılıb.

"Qeyd edək ki, baş verən hadisədə müştəri Cəlil Əliyev banktərəfindən göndərilən OTP, 3D təhlükəsizlik kodu da daxil olmaqlabütün şəxsi məlumatlarını dələduzlarla bölüşüb. Bu səbəbdən dədələduzlar asanlıqla vəsaiti oğurlaya biliblər. Hadisənin ardındanmüştəri dərhal bankı və Daxili İşlər Nazirliyini məlumatlandırıb.Bu kimi hallarda vəsaitin bərpası çox nadir hallarda mümkün olsa dabank əməkdaşlarının və Daxili İşlər NazirliyininKibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin səyi nəticəsindədələduzluq halının qarşısı alınıb.

Bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsiməlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncüşəxslərə verməməyi, kartın üzərində olan 3 rəqəmli kodu, smsvasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin fin kodunuheç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan və göndərilənqeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahişedirik",- deyə məlumatda qeyd edilib.

Chosen
9
24
az.trend.az

10Sources