Xəbər verdiyimiz kimi, milli qəhrəmanın ölümü ilə bağlı ailəsi verilən pul oğurlandı.
Hadisə təyyarə qəzası zamanı həlak olan bələdçi Hökumə Əliyevanın ailəsində baş verib
Hökumə Əliyevanın atası Cəlil Alıyev bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib. Pulu oğurlayan şəxslər onu "Kapital Bank"ın əməkdaşı olduğunu deyərək aldadıblar.
Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait Hökumə Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub. Cəlil Alıyev hadisədən dərhal sonra məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib.
Hadisəyə bu qədər tez reaksiya verilib və cinayətkarların tapılmasına görə milli qəhrəmanımızın ailəsi minnətdarlıq ifadə ediblər.
Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.