EN

Basketbol: “Neftçi”, NTD və “Ordu”dan qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

A qrupunun autsayderləri NTD və “Abşeron” üz-üzə gəliblər. Görüş birincilərin qələbəsi ilə başa çatıb.

Bu qrupun digər oyununda isə “Naxçıvan” “Neftçi”ni sınağa çəkib. Nominal qonaqlar rəqibini məğlub etməkdə çətinlik çəkməyiblər.

B qrupunun yeganə görüşündə “Ordu” “Sumqayıt”la qarşılaşıb. Qələbə qazanan “Ordu” liderliyə yüksəlib.

Azərbaycan Basketbol Liqası
11-ci tur
18 yanvar

A qrupu

NTD – “Abşeron” 87:77 (25:20, 25:19, 21:18, 16:20)
“Sərhədçi” İdman Mərkəzi

“Naxçıvan” – “Neftçi” 63:73 (12:12, 17:20, 23:16, 11:25)
“Sərhədçi” İdman Mərkəzi

Xallar: Sabah – 20. Naxçıvan – 19. Neftçi – 16. Sərhədçi – 16. Abşeron – 15. NTD – 13.

B qrupu

“Sumqayıt” – “Ordu” 82:89 (14:18, 17:28, 30:20, 21:23)
“Sərhədçi” İdman Mərkəzi

Xallar: Ordu – 19. Şəki – 18. Gəncə – 17. Sumqayıt – 14. Quba – 13. Lənkəran – 12.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Chosen
17
25
arena.az

10Sources