EN

İmişlidə YPX naryadı “miqalka”-dan və siqnaldan istifadə edir? – Ekspert rəyi

İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı DİN-in yaydığı görüntülərdə YPX avtomobilinin hərəkəti əks olunur.

Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, görüntülər qəzanın səbəbini aydın göstərir, YPX-nın yolda hərəkət üstünlüyü üzrə hərəkətdə olub. Patrul post və marşrutunda xidmət aparan YPX naryadı dislokasiya üzrə səs və sayrışan işıq siqnallarından istifadə edir. Çünki YPX avtomobilinin yolda hərəkət üstünlüyü var və bu qanunla təsbit olunub. Bu hadisədə səs və sayrışan işıq siqnalları ilə hərəkət edən xidməti avtomobilin qarşısına digər nəqliyyat vasitəsinin çıxması faktdır və bunu kimsə inkar edə bilməz. O da məlumdur ki, YPX avtomobilinin qarşısına çıxan“Mersedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin heç sürücülük hüququ da olmayıb, 17 yaşı var, dayısına məxsus avtomobillə hərəkət edib. Əlbəttə, bütün bunları istintaq araşdırır.

Əgər soruşulursa ki, YPX avtomobili yüksək sürətlə hərəkət etməli deyil, yavaş getməli idi – burda da sual yoxdur. YPX avtomobili səs və sayrışan işıq siqnalları ilə hərəkət etmə hüququ var və bu qanunla təsbit edilib. *YPX-nın digər polis naryadları, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsi ilə bağlı təxirəsalınmaz əməliyyat tədbirlərdə iştirak etməsi, nəqliyyat vasitələrinin təqib olunması, çağırışa getməsi ola bilər. Bu və ya digər hallarda xidməti avtomobil necə hərəkət etməlidir?! Əminəm ki, bu hadisə ilə bağlı istintaq bütün məqamları araşdırır və ədalətli qərar qəbul olunacaq.

Mənbə: unikal.az

Chosen
5
7
unikal.az

8Sources