“Şok vəziyyətində onlara inanaraq pulu başqa karta köçürdüm”.
“Beləliklə, pulumu mənimsədilər. Tez bir zamanda “102” qaynar xəttinə zəng etdim, bütün polis əməkdaşları səfərbər oldular. Ölkə başçımız başda olmaqla daxili işlər naziri Vilayət Eyvazova, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarına təşəkkür edirəm ki, oğurlanmış pulumun hamısını geri qaytardılar, cinayətkarları yaxaladılar”, - o bildirib.