EN

Qərb derbisində münaqişə: azarkeşlər özündən çıxdı, futbolçular bir-birinə hücum çəkdi!

Misli premyer-liqasının 19-cı turunda keçirilən "Kəpəz" - "Turan Tovuz" matçında münaqişə yaşanıb.

"Football-plus.az" xəbər verir ki, buna "sarı-göylər"in futbolçusu Turan Manafovun xoşagəlməz davranışı səbəb olub.

26 yaşlı sol cinah müdafiəçisi 57-ci dəqiqədə özünün ikinci, gəncəlilərin üçüncü qolunu vurmaqla komandasını hesabda önə çıxardıqdan sonra "Ultras Turan" fanklubunun önündə qıcıqlandırıcı jestlər edib və tovuzlu azarkeşləri qəzəbləndirib. Nəticədə tərəfdarlar meydana kənar əşyalar atmağa başlayıb. Belədə matçda 5 dəqiqə davam edən fasilə yaranıb.

Həmçinin bu müddət ərzində Rojerio Santosla Araş Qaderi, Dioqo Verdaskayla Sadiq Quliyev və Rüfət Əhmədovla Turan Manafov arasında ciddi mübahisə yaşanıb. Hadisələrin axarına müdaxilə edən baş hakim Rəvan Həmzəzadə Rüfət, Araş, Fərid və Rojerionu sarı vərəqəylə cəzalandırıb.

Qeyd edək ki, hazırda davam edən matçda "Kəpəz" "Turan Tovuz"u 4:2 hesabıyla məğlub edir.

KƏNAN BAHADIR

Chosen
28
10
football-plus.az

10Sources