EN

Kurban Berdiyev derbidəki ağır yenilgi haqda nə danışdı?

Misli Premyer Liqasının 19-cu turunda nominal qonaq qismində "Kəpəz"ə 2:5 hesabı ilə uduzan "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 72 yaşlı mütəxəssis ağır yenilgini belə dəyərləndirib:

"Kəpəz" layiqli qələbə qazandı. Onları təbrik edirəm. Planlaşdırdıqlarımızı həyata keçirə bilmədik. Müdafiədə ciddi səhvlərimuz oldu.

Son 8 oyunda 1 qələbə? Təbii ki, səbəbləri var. Amma son matçda ümumiyyətlə oyunumuz alınmadı.

Orxan Əliyev? Orxan yaxşı futbolçudur. Bu dəfə birinci matçı idi. Müəyyən qədər həyəcan hiss olunurdu". 

Nihat

 

 

 

Chosen
7
fanat.az

1Sources