EN

20 yanvar faciəsinin 35-ci ildönümü Londonda anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 yanvarfaciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbirikeçirilib.

Trend xəbər verirki ,bu barədə Azərbaycanın Londondakı səfirliyi bildirilib.

Tədbirə Britaniyada yaşayan Azərbaycan diasporasının üzvləri,Britaniyada təhsil alan Azərbaycanlı tələbələr, Londondakıdiplomatik korpusun üzvləri, media nümayəndələri və digər şəxslərolmaqla 80 nəfərədək qonaq qatılıb.

İlk öncə qonaqlar hadisələri əks etdirən ingilis dilində qısafilmə baxıblar. Daha sonra şəhidlərimizin ruhu birdəqiqəlik sükutlayad edilib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxışedərək 20 Yanvar hadisələrinin qısa tarixçəsi barədə danışıb. Həmindövrdə Moskvada təhsil aldığını və hadisələrdən sonra ÜmummilliLider Heydər Əliyevin Azərbaycan nümayəndəliyindəki çıxışının canlışahidi olduğunu deyən diplomat bildirib ki, həmin vaxt Azərbaycanhələ öz müstəqilliyini bərpa etməsə də, məhz həmin çıxış zamanıÜmummilli Liderin yeni doğulmaqda olan müstəqil Azərbaycanın lideriolduğu artıq görünürdü. Diplomat əlavə edib ki, 20 yanvar gecəsişəhid olanların Azərbaycanda yaşayan bütün xalqlar və dinlərinnümayəndələri olmaları etnik və mədəni müxtəlifliyin hər zamanölkəmizin ən ümdə xüsusiyyətlərindən biri olduğunun barizgöstəricisidir.

Səfir Süleymanov müasir, güclü və multikultural Azərbaycanınşəhidlərin əziz xatirəsinə ən dəyərli hörmət olduğunu vurğulayıb,hər bir Azərbaycanlının bundan sonra da ölkəmizin azadlığı vəsuverenliyinin keşiyində durmalı olmasının önəminə toxunub. Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi, ordumuzun rəşadəti vəxalqımızın birliyi nəticəsində bugün Azərbaycanın inamlairəlilədiyini deyən səfir xüsusən üzünü tədbirdə iştirak edən gənctələbələrə tutaraq Azərbaycanın gələcəyinin onlara əmanət olduğunudeyib.

Gürcüəsilli tədqiqatçı Tamara Draqadze 20 Yanvar hadisələrizamanı Azərbaycanda olduğunu və hadisələrin gedişatını yaxındanizlədiyini qeyd edib. O bildirib ki, 20 yanvar hadisələri zamanıməqsədli şəkildə Azərbaycanlı mülki şəxslər hədəfə alınmışdı vəburada məqsəd azadlıq əzmini qırmaq idi. O, müasir Azərbaycanınuğurla inkişafına şahid olmaqdan məmnun olduğunu əlavə edib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Milli MəclisdəBritaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Farizİsmayılzadə 20 yanvarın müasir Azərbaycanın tarixində həqiqətən dədönüş nöqtəsi olduğunu qeyd edib. O, bugün Azərbaycanın müstəqildövlət kimi inkişafından, regional liderə çevrilməsindən,müstəqilliyə gedən yolda verdiyimiz qurbanların heç vaxtunudulmamasının əhəmiyyətindən danışıb.

Daha sonra Londonda fəaliyyət göstərən musiqiçi həmyerlilərimizRasim Fərziyev və Səadət Fərziyeva şəhidlərimizin xatirəsinə pianovə kamançada həzin musiqi nömrələri səsləndirib.

Qeyd edək ki, tədbir günü Azərbaycanın Britaniyadakısəfirliyində ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda edənşəhidlərimizin xatirəsinə yaradılmış guşədə qərənfillər düzülüb,hadisələrin 35-ci ildönümü münasibəti ilə 35 ədəd şamyandırılıb.

20
20
20
20
20
20
Chosen
8
6
az.trend.az

6Sources