EN

Tbilisidə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı tarixi Vətənimiz Azərbaycanın suverenliyi, azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın – şəhidlərimizin xatirəsini əziz tutmalı və daim qəlbində yaşatmalıdır.

“Report”un yerli bürosunun məlumatına görə, bu fikirlər Tbilisidə “Alyans” Gənclər Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı keçirilmiş tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgiyə baxıblar. Daha sonra şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

“Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova çıxışında 20 Yanvar faciəsinin müasir Azərbaycan Respublikasını müstəqilliyə aparan yolda dönüş nöqtələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, xalqımızın qəhrəmanlığı və Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində SSRİ rəhbərliyi məkrli planlarını həyata keçirə bilməyib:

“20 Yanvar hadisələri zamanı xalqımızın qəhrəman oğul və qızları ağır silahlanmış sovet ordusuna qarşı əliyalın mübarizə apararaq azadlıq və dövlət müstəqilliyimiz uğrunda canlarından keçmiş, müqəddəs şəhidlik zirvəsinə ucalmışdır”, – o qeyd edib.

Tədbirdə Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov, iqtisadçı alim Aygül İsayeva, Təngiz Məmmədov və tələbə Nərgiz Bağırova çıxış ediblər.

Natiqlər qeyd ediblər ki, 20 Yanvar faciəsinə ilk hüquqi-siyasi qiyməti Ulu Öndər Heydər Əliyev verib. Ümummilli Lider 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Qanlı Yanvar hadisələri haqqında beynəlxalq ictimaiyyətə məlumat verib, xalqımızın haqq səsini dünyaya çatdırıb və SSRİ rəhbərliyinin törətdiyi vəhşilikləri cəsarətlə ifşa edib.

Tədbir çərçivəsində iştirakçılar 20 Yanvar faciəsinə həsr edilmiş fotosərgiyə baxıb və şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir Tbilisidə yaşayan soydaşlarımızın və gənclərin birgə təşkilatçılığı ilə keçirilib.

Chosen
20
50
report.az

10Sources