EN

Avstriyada 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin yad edilməsi məqsədi ilə xatirə guşəsi yaradılıb (FOTO)

Bakı. Trend:

20 Yanvar faciəsi xalqımızın müstəqillik uğrunda mübarizətarixinin şərəfli səhifəsidir.

Trend xəbər verirki, bu gün Azərbaycan xalqının qəhrəmanlıq nümunəsi olan 20 Yanvarfaciəsindən 35 il ötür.

Avstriya Respublikasının Salzburg şəhərində fəaliyyət göstərənAzərbaycan Evindədə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsininyad edilməsi məqsədiilə xatirə guşəsi yaradıldı.

20 Yanvar faciəsi xalqımızın iradəsinin sarsılmazlığının vəmətinliyinin sübutu, müstəqillik və suverenlik uğrunda aparılanmübarizə tariximizin şərəfli səhifəsidir.

Keçmiş SSRİ-nin o zamankı rəhbərliyi xalqımızın istiqlaliyyət,suverenlik və azadlıq istəyini boğmaq üçün 1990-cı il yanvarın19-dan 20-nə keçən gecə sovet qoşun hissələrini Bakı şəhərinəyeritmiş və mülki əhaliyə qarşı qırğın törədilmişdir. Nəticədə 147Azərbaycan vətəndaşı qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841nəfər isə qanunsuz həbs edilmişdir.

Sovet rəhbərliyinin xalqımızın iradəsini sındırmaq cəhdi baştutmadı, tezliklə Azərbaycan öz müstəqilliyini bərpa etdi. 20Yanvar faciəsi xalqımızın yaddaşında müstəqilliyə gedən yol, milliqürur, iftixar, milli müqavimət günü kimi əbədi həkk olunub.

Avstriya Azərbaycanlıları Cəmiyyəti və Salzburg Azərbaycan Eviolaraq 20 Yanvar faciəsinin qurbanlarını dərin hüznlə anırıq.

Allah şəhidlərimizə rəhmət etsin.

Avstriyada
Avstriyada
Avstriyada
Avstriyada
Avstriyada
Avstriyada
Avstriyada
Avstriyada
Chosen
26
az.trend.az

1Sources