EN

Kaliforniyada son 40 ilin ən böyük şəhər ərazisi yanır

Bakı, TurkicWorld

ABŞ-ın Kaliforniya ştatında ötən həftədən bəri davam edən iki böyük meşə yanğını, 1980-ci illərdən bəri bu bölgədəki bütün digər yanğınlardan daha çox yaşayış məntəqəsini külə çevirib.

TurkicWorld xəbər verir ki, Los-Anceles sərhədində yerləşən Palisades və Eaton bölgələrində yanğınların vurduğu dağıntı miqyası rekord səviyyəyə çatıb.

Təhlillərə əsasən, təxminən 10 gündür davam edən bu yanğınlar, son 40 ildə Kaliforniyada şəhər ərazisində ən böyük dağıntıya səbəb olub. Yanğınlar Sakit Okeandan əsən güclü küləklərin təsiri ilə daha geniş sahələrə yayılıb və daha çox yaşayış evini, eləcə də müəssisələri alovlara qərq edib.

Palisades və Eaton yanğınları Los-Ancelesin sıx məskunlaşmış ərazilərində 10,36 kvadrat kilometr (4,36 kvadrat mil) yaşayış sahəsini məhv edib. Bu miqyas, 2018-ci ildə bölgədə baş vermiş Vulsi Yanğınının məhv etdiyi şəhər ərazisinin iki qatına bərabərdir.

Qeyd edək ki, Yanvarın 7-də başlayan və Eaton, Hurst, Sunset, Woodley kimi ərazilərə sürətlə yayılan yanğınlar nəticəsində bu günə qədər ən azı 25 nəfər həyatını itirib.

Minlərlə hektar ərazini külə çevirən yanğınların vurduğu iqtisadi zərərin 250-275 milyard dollar arasında olduğu təxmin edilir.

Chosen
30
50
turkic.world

10Sources