EN

Qvardiola 6:0-ı belə şərh etdi

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının (İPL) 22-ci turunda "İpsviç" üzərində qazandıqları böyükhesablı qələbəni (6:0) dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "şəhərlilər"in rəsmi saytı belə çatdırıb:

"Hər şey həqiqətən yaxşı alındı. Çox aqressiv oynadıq, topla cəld hərəkət edə bildik. Meydanda düzgün qərarlar verdik. Ən önəmli olan isə məlum səbəblərdən nəticə idi. Başa düşdük ki, rəqabət apara, komanda ola sevdiyimiz işə inamla görə bilərik. Ümid edirəm ki, oyunçular bunu anlayıblar. 

Son vaxtlar bizdə nə çatmadığı barədə çox danışmışıq. Daha çox oyunçu çatışmazlığından əziyyət çəkmişik. Ruben Diaşın komandada olması çox şey deməkdir. Fil Foden ilk iki-üç ayda bizə kömək etməmişdi. Foden gülümsəyirsə, bu, hər oyunda iki-üç qol anlamındadır. Eləcə də De Bröynenin sıralarımıza dönməsi və artıq bizim tanıdığımız həmin Kevin kimi oynaması vurğulanmalıdır. Getdikcə daha çox oyunçumuzun heyətə qayıdacağına ümidliyəm".

Nihat

Chosen
4
fanat.az

1Sources