EN

Nizaməddin Şəmsizadədən XƏBƏR VAR

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin vəziyyəti orta ağır olaraq qalır. 

 

Bu barədə Pravda.az-a onun oğlu məlumat verib. 

 

“Atam dörd gündür, komadadır, səhhətində heç bir irəliləyiş yoxdur, oyanmayıb. Həkimlər əllərindən gələni edirlər. Çalışırlar, septik şokdadır”, - o bildirib. 

 

Qeyd: Nizaməddin Şəmsizadə hazırda "Baku Medical Plaza"nın reanimasiya şöbəsindədir. O, uzun müddətdir, dializ və şəkər xəstəliyindən əziyyət çəkir. 

 

Aytəkin Qardaşova 

Tarix: 20 Yanvar 2025, 13:37   
Chosen
25
1
pravda.az

2Sources