Bakı, TurkicWorld
Suriyanın şimalında Fərat Qalxanı bölgəsində və İraqın şimalında keçirilən əməliyyatlarda ümumilikdə 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyyənin Milli Müdafiə Nazirliyi təhlükəsizlik qüvvələrinin həm ölkə daxilində, həm də sərhədlər boyu antiterror fəaliyyətlərini qətiyyətlə davam etdirdiyini açıqlayıb.
"Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında Fərat Qalxanı bölgəsində müəyyən etdiyi 2 PKK/YPG terrorçusunu və İraqın şimalında Pəncə-Kilid əməliyyatı çərçivəsində, Qara bölgəsində müəyyən edilən 2 PKK terrorçusunu zərərsizləşdirib." - deyə nazirlikdən verilən bəyanatda qeyd edilib.
Teröristler kendilerini bekleyen sondan kaçamıyor, kaçamayacak!
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) January 20, 2025
Kahraman Türk Silahlı Kuvvetlerimiz, Suriye'nin kuzeyindeki Fırat Kalkanı bölgesinde tespit ettiği 2 PKK/YPG'li terörist ile Irak'ın kuzeyindeki Pençe-Kilit Operasyonu ve Gara bölgelerinde belirlediği 2 PKK'lı… pic.twitter.com/amurf9c32R