Bakıda gənc qadın itkin düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Oxu.az-a onun yaxınları məlumat veriblər.
Bildirilib ki, 2002-ci il təvəllüdlü Gülasər Mustafayeva 2024-cü il dekabrın 24-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Gənc qadının ailəsi onu tapana pul mükafatı da verəcəyini deyib.
Qadını görənlərdən (070) 431-33-39 nömrəsi ilə əlaqə saxlamaları və ya polisə məlumat vermələri xahiş olunur.
![2](https://img.redaktor.az/gallery/2025/01/267648_678e4c663006e.jpg)