EN

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar faciəsinin qurbanları anıldı — FOTOLAR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Demokrat.az xəbər verir ki, Komitə sədri Anar Quliyev çıxış edərək, Yanvar hadisələrinin Azərbaycanın müstəqillik tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını bildirib. O, Bakıda dinc əhaliyə qarşı törədilən kütləvi qırğınların xalqımızın mübarizə əzmini sarsıtmadığını, məhz bu mücadilədən sonra Ulu Öndər Heydər Əliyev tərəfindən başlanılan yolun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qovuşduğunu vurğulayıb.

Tədbirdə həmçinin Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə və əməkdar mədəniyyət işçisi Rahib Azəri çıxış edərək 1990-cı ilin Qanlı Yanvar günləri barədə öz xatirələrini bölüşüblər. Daha sonra Rahib Azərinin müəllifi olduğu 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş edilib.

Tədbirdən sonra Komitənin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edərək, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.











Chosen
6
50
demokrat.az

10Sources