EN

Rusiya XİN: Tramp Panama kanalının hüquqi rejiminə hörmət etməlidir


Rusiya Tramp və Panama rəhbərliyinin müzakirələr zamanı Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmətlə yanaşcağını gözləyir. Bunu açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Bakupost.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya Panama kanalının beynəlxalq hüquqi rejiminin 1977-ci il ABŞ-Panama müqaviləsində aydın şəkildə müəyyən edilməsindən çıxış edir.

"Tramp və Panama rəhbərliyi müzakirələrdə Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmət etməlidir" deyə rusiyalı nazir müavini vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin yeni prezidenti Donald Tramp Panama kanalının Amerikanın nəzarətinə keçməli olduğunu bəyan edib.

Chosen
10
49
bakupost.az

10Sources