EN

Suriyanın yeni lideri ABŞ-la münasibətləri yaxşılaşdırmaq istəyir

Suriyanın yeni hökumətinin lideri Əhməd əş-Şaraa ABŞ prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə Donald Trampa təbriklərini çatdırıb...

Poliqon xəbər verir ki, bu barədə Al Watan qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, əl-Şaraa təbrik mesajında ​​Suriya ilə ABŞ arasında münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirib.

Yanvarın 20-də Donald Tramp and içərək ABŞ-ın 47-ci prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb. İnauqurasiya mərasimi Kapitoliyada baş tutub. Andiçmə mərasimini ABŞ Ali Məhkəməsinin sədri Con Roberts həyata keçirib.

Poliqon.info

Chosen
18
22
poliqon.info

10Sources