Suriyanın yeni hökumətinin lideri Əhməd əş-Şaraa ABŞ prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə Donald Trampa təbriklərini çatdırıb...
Poliqon xəbər verir ki, bu barədə Al Watan qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, əl-Şaraa təbrik mesajında Suriya ilə ABŞ arasında münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirib.
Yanvarın 20-də Donald Tramp and içərək ABŞ-ın 47-ci prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb. İnauqurasiya mərasimi Kapitoliyada baş tutub. Andiçmə mərasimini ABŞ Ali Məhkəməsinin sədri Con Roberts həyata keçirib.
Poliqon.info