Belarusda prezident seçkiləri üçün erkən səsvermə başlayıb.
Bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının Teleqram kanalında məlumat verilib.
Seçki məntəqələri saat 12:00-dan 19:00-dək fasiləsiz fəaliyyət göstərəcək.
Bildirilib ki, əsas seçki günü səsvermənin mümkünsüzlüyünün rəsmi təsdiqinə ehtiyac yoxdur.
Qeyd edək ki, Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib.