EN

Qazaxıstan millisinin sabiq futbolçusu: İnanıram ki, Stas Pokatilovun “Sabah”a keçidi onun üçün uğurlu olacaq

Bakı, 21 yanvar, AZƏRTAC

“İnanıram ki, Stasın “Sabah” komandasına keçidi onun üçün uğurlu olacaq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstan millisinin sabiq futbolçusu Pavel Valeriyeviç Evteev həmyerlisi Stas Pokatilovun "Sabah" klubuna transferi ilə bağlı danışarkən deyib.

57 yaşlı mütəxəssis qolkiperin yüksək hədəfləri olan istənilən komandaya asanlıqla qoşula biləcəyini söyləyib: “Sabah”a keçid onun şəxsi qərarıdır. Görünür, Stas özünü Avropa arenasında, başqa ölkənin çempionatında sınamağa qərar verib. Ona uğurlar arzulayıram. “Sabah” yaxşı komandadır və biz Azərbaycan çempionatında mübarizə aparan “Qarabağ”ın avrokuboklarda əldə etdiyi möhtəşəm nəticələri də görürük. Ümid edirəm ki, onun üçün hər şey yaxşı olacaq”.

Qeyd edək ki, S.Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas yığmada 28 oyun keçirib.

Chosen
35
50
azertag.az

10Sources