EN

İmişlidəki qəzada xəsarət alanın vəziyyəti

Yanvarın 18-də İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə xəsarət alaraq Yeni Klinikaya yerləşdirliən 1 nəfərin ( qadın cinsli) vəziyyəti kritik ağır olaraq qiymətləndirlir.Bu barədə Metbuat.az-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, xəstənin müalicəsi travmatoloq və neyrocərrah konsultasiyaları ilə davam etdirilir. Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs və yüksək inotrop dəstəyi alır.Qeyd edək ki, yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
21
2
metbuat.az

2Sources