Roberta Metsola Bolu şəhərində baş verən yanğınla əlaqədar Türkiyəyə başsağlığı verib
Avropa Parlamentinin (AP) prezidenti Roberta Metsola Bolu şəhərində baş verən yanğınla əlaqədar Türkiyəyə başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
"Düşüncələrimiz həlak olanların yaxınlarının yanındadır. İnsanların həyatını xilas etmək üçün əllərindən gələni edən cəsur xilasedicilərə minnətdaram. Yaralılara tezliklə şəfa diləyirəm", - R.Metsola vurğulayıb.
Xatırladaq ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb
Deeply saddened by the tragic accident in Bolu, Türkiye.
My thoughts are with the loved ones of those perished.
Grateful to the brave responders who are doing all they can on the ground to save lives.