EN

Ursula fon der Lyayen Türkiyə Prezidentinə başsağlığı verib

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Boluda hoteldə baş verən yanğınla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Boluda “Grand Kartal” hotelində baş verən dağıdıcı yanğında insanların həlak olması ilə bağlı dərin kədər hissi keçiririk. Ailələrinə başsağlığı veririk. Hörmətli Prezident Ərdoğan, Avropa bu faciədə Türkiyə və onun xalqı ilə həmrəydir", - o qeyd edib.

"Cebheinfo.az"

Chosen
7
4
cebheinfo.az

5Sources