EN

Kafenin qarşısında dava edən gənc azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən 25 yaşlı gənc azadlığa buraxılıb.

"Unikal"ın məlumatına görə, hakim Qənbərli Rüstəm Yasəf oğlu barəsində hökm oxuyub. Belə ki, R. Qənbərli barəsində dövlət ittihamçısı Rauf Malışov 5 il həbs cəzası istəyib. 

Təqsirləndirilən şəxsin vəkili Yusif Seyfəlov Rüstəm Qənbərlinin ilk məhkumluğunu, şikayətçi ilə barışıq əldə etməsini və törətdiyi əməldən səmimi peşman olmağını nəzərə alınmasını hakim korpusundan xahiş edib. Son sözlə çıxış edən Rüstəm Qənbərlidə törətdiyi əməldən peşman olduğunu bildirib. Müşavirədən qayıdan   hakim Rasim Sadıxov humanistlik göstərərək Rüstəm Qənbərliyə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək ona cəza kimi 3 il şərti olmaqla 2 il sınaq müddəti verib. Yəni Rüstəm 2 il sınaq müddətini polis nəzarəti altında keçirməli olacaq. 

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "111" adlı kafenin qarşısında baş verib. Belə ki, Rüstəm Qənbərli kafedə yeyib-içdikdən sonra çölə çıxıb. Bu zaman kafenin qarşında bir neçə şəxs mübahisə edib. Rüstəm isə onları sakit olmağa çağırıb. Ancaq Rüstəmin sözü mübahisə edənlərin xoşuna gəlməyib və onlar arasında dava şiddətlənib. Bundan sonra təklənən Rüstəm cibində olan bıçaqla Qurbanov Aydın Adəm oğluna bir bıçaq zərbəsi vurub. Bundan sonra 2-ci polis bölməsinin əməkdaşları Rüstəm Qənbərlini şübhəli şəxs qismində saxlayıb və ona qarşı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Seymur Əli

Chosen
4
50
unikal.az

10Sources