EN

Türkiyədəki dəhşətli yanğında bir idmançı həyatını itirdi

Türkiyənin \"Fənərbaxça\" klubunun rəhbərliyi Boludakı \"Grand Kartal\" otelində baş verən yanğında 2014-cü il təvəllüdlü idmançısı Vedia Nil Apak və anası Ferda Apakın həyatını itirdiyini açıqlayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, baş verən dəhşətli yanğın nəticəsində 66 nəfər həyatını itirib, 51 nəfər isə yaralanıb.
 
Klubun sosial media hesabından edilən açıqlamada ölənin yaxınlarına və ailəsinə başsağlığı mesajı verilib:

Başsağlığı məktubunda deyilir:

\"Bolu Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğın nəticəsində həlak olanların ailələrinə və ölkəmizə başsağlığı verir, yaralılarımıza şəfa diləyirik. Fənərbaxça Üzgüçülük Klubumuzun 2014-cü il təvəllüdlü idmançısı Vedia Nil Apak və anası Ferda Apakın yanğında dünyasını dəyişdiyini dərin hüznlə öyrəndik. İdmançımız Vedia Nil Apak və anası Ferda Apaka Allah rəhmət eləsin\".

Mikayıl
Chosen
10
45
azxeber.com

10Sources