“PERA INDUSTRIES” MMC-nin nizamnamə kapitalı 63 milyon 749 min 987,50 manat azaldılaraq 12,5 manata endirilib.
Marja.az xəbər verir ki, “PERA INDUSTRIES” MMC 63 milyon 750 min manat nizamnamə kapitalına malik idi.
“PERA INDUSTRIES” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ əvvəlki nizamnamə kapitalının həcmi ümumilikdə 63,749,987.50 manat (altmış üç milyon yeddi yüz qırx doqquz min doqquz yüz səksən yeddi Azərbaycan manatı və əlli qəpik) azaldılaraq hər birinin nominal dəyəri 0.10 AZN (on qəpik) olan 125 paydan ibarət olmaqla 12.50 manata (on iki Azərbaycan manatı və əlli qəpik) qədər azaldıldığını elan edir. Debitorlar və kreditorlar AZ1031, Bakı şəhəri̇, Nizami rayonu, Keşlə stq, Energetika küçəsi 5 ünvanına müraciət edə bilərlər",- Şirkətin bildirişində deyilir.
2018-ci ildə dövlət qeydiyyatına alınmış “PERA INDUSTRIES” MMC-nin qanuni təmsilçisi Rzayev Ramiz Bilal oğludur.