EN

Dəhşətli yanğında futbol klubunun keçmiş prezidenti də öldü

Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində "Orduspor" klubunun sabiq prezidenti, “Sözcü” qəzetinin yazarı Nedim Türkmen və ailə üzvləri – arvadı, oğlu və qızı da həlak olub.

Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, N.Türkmen 2009-2014-cü illərdə "Orduspor"un prezidenti vəzifəsində çalışıb.

Qeyd edək ki, son məlumata görə, yanğında 66 nəfər həyatını itirib, 51 nəfər yaralanıb.

Chosen
5
7
sitat.info

10Sources