Qəzzada 15 ayda 20 min HƏMAS yaraqlısı öldürülüb – IDF
Qəzza zolağında təxminən 15 aylıq hərbi əməliyyatlar zamanı İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS hərəkatından 20 minə yaxın silahlı məhv edib.
Yeniavaz.com xəbər verir ki, bu açıqlama ilə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi çıxış edib.
“İsrail ordusu Yəhya Sinvardan başlayaraq, HƏMAS-ın əksər rəhbərliyini sıradan çıxarıb. 15 aylıq hərbi əməliyyatlar zamanı İsrail Müdafiə Qüvvələri 20 minə yaxın HƏMAS terrorçusunu məhv edib”, - Halevi ordunun mətbuat xidmətinin yaydığı videomüraciətdə bildirib.
O, həmçinin bildirib ki, şiə “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyatlar zamanı IDF bu Livan təşkilatının 4 minə yaxın yaraqlısını, o cümlədən lideri Həsən Nəsrullahı məhv edib.
Halevinin sözlərinə görə, İordan çayının qərb sahilində təxminən bir il yarım davam edən antiterror reydləri ərzində İsrail əsgərləri 794 silahlı fələstinli yaraqlını zərərsizləşdirib.