EN

Britaniya hökuməti özəl kəşfiyyatı Rusiyaya işləməməyəÇAĞIRDI

Böyük Britaniya hökuməti özəl kəşfiyyat və təhlükəsizlik sənayesini ölkənin Rusiya, Çin və İran hesab etdiyi düşmən dövlətlər üçün işləməyi dayandırmağa çağırıb .

Redaktor.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb .

Britaniyanın Daxili İşlər Nazirliyi belə bir işin yeni milli təhlükəsizlik qanunlarını pozmaq riski daşıyacağını bildirib. Tələblərə əməl etməyən Britaniyanın özəl kəşfiyyatçılarını 14 ilə qədər həbs cəzası gözləyir.

 

Yanvarın 16-da Böyük Britaniyanın baş naziri Keir Starmer və Ukrayna prezidenti Vladimir Zelenski ölkələr arasında yüz illik tərəfdaşlıq haqqında saziş imzalayıblar . Qeyd olunub ki, sənədin imzalanması müdafiə sektorunda dövlətlər arasında ikitərəfli münasibətləri dərinləşdirməlidir. Bundan əlavə, saziş Kiyevə əlavə hərbi yardımı nəzərdə tutur .

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva London və Kiyev arasında yeni saziş çərçivəsində Britaniya hərbi infrastrukturunun dövlət sərhədlərinə qədər irəliləməsindən narahatdır.

BƏNÖVŞƏ

Chosen
34
41
redaktor.az

10Sources