Aktual.az xəbər verir ki, bu barədə RTÜK məlumat yayıb.
"Bolu 2-ci Cəza Məhkəməsi tərəfindən Qartalqaya Xizək Mərkəzində oteldəki yanğınla bağlı aparılan istintaq çərçivəsində tətbiq edilən yayım qadağası aradan qaldırılıb”, - məlumatda qeyd olunub.
Bildirək ki, dünən yanğınla bağlı tətbiq edilən yayım qadağası ilə yanaşı, RTÜK şərh qadağası də tətbiq etmişdi.