"Qarabağ"ın cinah müdafiəçisi Elvin Cəfərquliyev Bakıda FCSB-yə qarşı keçirəcəkləri matçdan - UEFA Avropa Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində baş tutacaq oyunundan əvvəl mətbuat konfransında deyib.
Fanat.Az xəbər verir ki, 24 yaşlı futbolçu belə danışıb:
"Rəqibi tanıyırıq. Bəzi oyunlarını izləmişik. Çox yaxşı hazırlıq keçmişik. Ümid edirəm ki, yaxşı oyun sərgiləyəcəm. Komandam üçün əlimdən gələni edəcəm. Azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Azərbaycan millisinin üzvü tez-tez qırmızı vərəqə alması ilə bağlı suala da cavab verib:
"Qırmızı vərəqələr almağıma səbəb çox istəkli və aqressiv olmağımdır. Öz üzərimdə işləyirəm. Baş məşqçinin də mənə göstərişləri olub".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.