Bu sözləri Demokrat.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov deyib.
O bildirib ki, gündəlik bu qədər nəqliyyat vasitəsinin hərəkətdə olması atmosferin çirklənməsinə səbəb olur, havanın keyfiyyətini azaldır:
"Yanacaqlı avtobusların ekoloji təmiz avtobuslarla əvəz edilməsi şəhərdə havanın keyfiyyətini nisbətən yaxşılaşmasına kömək edəcək.
Eyni zamanda gömrük xidmətlərində hibrid və tam elektrik avtomobillərin rüsumlarına güzəştlər tətbiq edilir. Bütün bunlar avtomobil almaq istəyənləri motivasiya etmək üçündür. Hökumətin də əsasən siyasəti bununla əlaqədardır. Azərbaycan gələcəkdə enerji təchizatında bərpa olunan enerjiyə keçid etmək istəyir. Bu siyasət eyni zamanda nəqliyyat sahəsinə də öz təsirini göstərir, ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsi stimullaşdırırlır".
Əfsanə Kamal
Demokrat.az